11 Oktyabr ödənişsiz ümumi sınaq imtahanı keçirilib
Hippokrat Rezidentura imtahanına hazırlaşan namizədlər üçün 11 Oktyabr ödənişsiz ümumi sınaq imtahanı keçirib. Sınaq imtahanında ilk dəfə olaraq Histologiya fənninə aid test tapşırıqlarından istifadə olunub. Sınaq imtahanı 10:00, 12:00 və 14:00-da baş tutub. Namizədlər nəticələrini 15 Oktyabr saat 18:00-dan etibarən saytdan öyrənə bilərlər. İmtahan kodunu unutmuş şəxslər info@hippokrat.net e-poçtuna və ya Hippokratın facebook səhifəsinə (www.facebook.com/hippokrat) yaza bilərlər.
Tag:imtahan, rezidentura