2016 və 2015-ci illərdə keçirilmiş baza fənlərindən rezidentura qəbul imtahanı nəticələrinin müqayisəsi

Bildiyimiz kimi rezidentura imtahanının 2-ci mərhələsinə 442 nəfər namizəd buraxılıb. Təbii ki, 442 nəfər əvvəlki illərdə müqayisədə çox aşağı rəqəmdi. Müqayisə əsasında deyim ki, 2015-ci ildə 2-ci mərhələyə 1.000, 2014-cü ildə 955 namizəd keçmişdi. Düşünürəm ki, əksəriyyətimizə əvvəlki illərin deyil, keçən ilin statistikası daha maraqlı gələr. Öncə qeyd edim ki, müqayisəni aparan zaman keçid balını nəzərə almayacam. Çünki keçən il keçid balı 30 olduğu üçün 2-ci mərhələyə buraxılan namizədlərin sayı  imtahanının çətin keçməsinə baxmayaraq nisbətən çox oldu. Müqayisə 40 və daha yüksək bal toplayan iştirakçıların sayına görə aparılacaq. Belə ki, öncəki il 40 və daha yüksək bal toplayan iştirakçıların sayı 705 nəfər (bütün istiqamətlər üzrə nəzərdə tutulub) olmuşdur. Təkrarən qeyd edim ki, bu il 442 nəfər olmuşdur. Göründüyü kimi təxminən 1,6 dəfə azalma müşahidə olunub. İmtahanda iştirak edən namizədlərin sayına gəldikdə isə bu il 1186(1239 nəfər sənəd verib, bunlardan 53 nəfər imtahanda iştirak etməyib) nəfər, keçən il isə 1212 (1245 nəfər sənəd verib, bunlardan 33 nəfəri  imtahanda iştirak etməyib) nəfər imtahanda iştirak edib. Keçən il qəbul planı toplam olaraq 521 yer olmuşdur. Bu il üçün isə plan yerlərinin sayı hələlik açıqlanmayıb.

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.