Alman dili kursları | Alman dili hazırlıq

Alman dili kursları

2011-ci ildən fəaliyyət göstərən Hippokrat kursunda alman dili yüksək səviyyədə tədris olunur. Kursumuzda Telc və Goethe imtahanlarına hazırlaşa, eyni zamanda Almaniyada tibbi praktika xidmətindən də yararlana bilərsiniz. Alman dili kurslarımız bu dili öyrənmək və inkişaf etdirmək istəyən hər kəsə uyğun olub Avropa Dil Portfolyosu standartlarına uyğun olaraq 6 səviyyədən (A1, A2, B1, B2, C1, C2) ibarətdir. Hər səviyyənin materialları və proqramı o səviyyənin hədəflərinə uyğun olaraq tələbələrin sistemli bir şəkildə irəliləməsi və inkişaf etməsi üçün hazırlanmışdır. Dərslərimiz həftədə 3 dəfə olmaqla, 2 saat müddətində tədris olunur. Dərs saatları tələbələrin istəyinə uyğun olaraq təyin olunur. Qrup şəklində hazırlıq -90 AZN- dir. Kursumuzda individual şəkildə hazırlıq da mövcuddur.

Əlaqə 050 404 09 37

alman-dili-kurslari


Alman dili müəllimlərimiz:

Təranə Cabbarova – Azərbaycan Dövlət Dillər Universitetini bitirib. 20 il Sumqayıt Dövlət Universitetində alman dili üzrə pedoqoji fəaliyyət göstərib. Alman dili ilə bağlı 20 məqalə və 3 tezisin müəllifidir.

  • 2011-ci ildə Avstriyada B2 sertifikatı ;
  • 2015 ci ildə Almaniyada İnterqration kurslarında fəaliyyət göstərmək üçün sertifikat ;
  • 2016-cı ildə Almaniyada C1 sertifikatı almışdır.

Almaniya, Avstriya və Gürcüstanda təşkil olunan seminarlarda mütəmadi olaraq iştirak edib.

Gülxar Hüseynova – Azərbaycan Dövlət Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. Hal-hazırda Azərbaycan Dövlət Dillər Universitetində alman dili üzrə pedoqoji fəaliyyətini davam etdirir. Alman dili üzrə 10-dan çox məqalənin müəllifidir. Universitetdə, eləcə də Bakı və Şəmkir şəhərlərində Almaniyanın təşkil etdiyi bir çox  seminarlarda iştirak edib.

  • 2017-ci ildə Almaniyada B2 sertifikatı alıb ;
  • 2017-ci ilin iyul ayında Berlin şəhərində Goethe İnstitutunda yüksək ixtisas artırma kursunu müvəffəqiyyətlə bitirmişdir.

Alman dili üzrə səviyyələr :

  • A1- Konkret ehtiyacları qarşılamağa yönlənmiş, çox sıx istifadə olunan ifadələri və sadə cümlələri anlaya və istifadə edə bilərsiniz.
  • A2- özünüzü və başqalarını tanıda bilərsiniz, başqalarına şəxsi suallar verə və bu cür sualları cavablandıra bilərsiniz (harada oxuduqları, kimləri tanıdıqları , nələri xoşladıqları və s.) . Qarşınızdakı yavaş, anlaşıqlı danışar və yardımçı olarsa onlarla bəsit ünsiyyət qura bilərsiniz.
  • B1- İş, təhsil və asudə vaxt kimi tanış mövzularda danışılanları ana xətləriylə anlaya bilərsiniz. Alman dilində danışılan bir çox yerlərdə səyahətlər zamanı qarşılaşdığınız əksər vəziyyətlərin rahatlıqla öhdəsindən gələ bilər, yaşadığınız təcrübə və hadisələri danışa bilərsiniz.
  • B2- Konkret və mücərrəd mövzulu mətnləri ana xətləriylə anlaya bilər, öz fəaliyyət sahənizlə əlaqədar debatları izləyə bilərsiniz. Ana dili almanca olan şəxslərlə hər hansı bir söhbəti rahat və axıcı şəkildə apara bilərsiniz, cümlə qurarkən heç bir çətinlik çəkməzsiniz. Güncəl bir mövzu haqqında şərh və idealarınızı irəli sürə bilərsiniz.
  • C1- Almanca akademik əsərləri, deyimləri anlaya bilərsiniz. Ətrafınızdakı hər şey və hər kəs haqqında geniş məlumat verə bilərsiniz. Təhsil, şəxsi və iş həyatınızı rahat idarə edə biləcəyiniz dil səviyyəsinə çatmış olarsınız. İstər məişət həyatınızda, istərsə də elmi fəaliyyətdə oxuyub eşitdiyiniz hər bir mövzunu rahatlıqla anlaya və izah edə bilərsiniz. Yazılı və şifahi qaynaqlardan aldığınız məlumatları alman dilində sərbəst şəkildə açıqlamalarını toplayaraq təqdim edə bilərsiniz.Əlaqə 050 404 09 37

alman dili kursu

Alman dilini öyrənmək