Azərbaycanda rezidentlər təyinatdan imtina edə bilərlərmi?

Rezidenturanı_bitirənlərin_təyinatı_və_iş_yerinə_göndərilməsinin_yeni_tarixləri_açıqlanıb

Səhiyyə Nazirliyi (SN) 2014-2015-ci tәdris ilində dövlәt sifarişi əsasında rezidenturaya qəbul olan rezidentlərin tәyinatdan imtina edə bilib-bilməməsi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən verilən məlumata görə, yalnız 2013-cü ilә kimi rezidenturaya daxil olmuş hәkim-mütəxəssislәr tәyinatdan imtina edә bilərlәr. Bu halda onlar işlə tәmin olunmaq üçün ümumi qaydada Sәhiyyə Nazirliyinin rәsmi internet saytında yerləşdirilәn mərkəzlәşdirilmiş iş elanı üzrә müsabiqəlәrdə iştirak edə bilәrlər.

Lakin 2013-cü il noyabrın 21-də təsdiqlənən “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən, artıq dövlәt sifarişi әsasında rezidentura tәhsili almış şəxslər rezidenturanı bitirdikdәn sonra әmәk fәaliyyәtlәrini 3 il müddətindә SN-nin göndərişinә əsasən dövlət sәhiyyә müəssisәlәrində davam etdirmәlidirlәr. Buna görə də 2014-2015-ci tәdris ilində dövlәt sifarişi əsasında rezidenturaya qəbul olan rezidentlər tәyinatdan imtina edə bilməzlər.

SN-nin tabeliyində olan tibb müəssisələrinin rəhbərləri təyinat üzrə iş yerlərinə göndərilən həkim-mütəxəssislərin işə qəbulunu təmin etməlidirlər. Bununla əlaqədar nazirlikdə “Rezidenturanı bitirən həkim-mütəxəssislərin təyınatı üzrə komissiya” yaradılıb.

Qeyd edək ki, 2011-ci ildən Azərbaycan Tibb Universitetində məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilib. Lakin 2014-cü ildən Azərbaycanda tibb təhsili almış şəxslərin bir hissəsi üçün təyinat sistemi bərpa edilib. Ötən ildən Azərbaycanda rezidentura səviyyəsini bitirən şəxlər üçün təyinat sistemi tətbiq edilir.

Azərbaycanda həkim catışmazlığı əsasən rayonlardakı tibb müəssisələrində müşahidə olunduğundan rezidenturanı bitirən şəxslər təyinatla rayonlara göndərilir. Buna görə də bəzən məzunlar təyinatlarından imtina etmək istəyirlər.

Rezidentura və rezidentura hazırlığı haqqında aşağıdakı başlıqlara daxil olaraq  məlumat əldə edə bilərsiniz.

Rezidentura Hazırlığı haqqında

Rezidentura İmtahanı haqqında

Rezidenturaya Qəbul haqqında

Rezidentura İxtisasları haqqında

Rezidentura fənləri haqqında

Uzmanlıq haqqında

Online rezidentura sınağı üçün

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.