İmtahana buraxılış vərəqəsi bu gündən çap oluna bilər
2015/2016-cı tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya ixtisas fənləri üzrə (Hərbi Tibb fakültəsinin məzunları üçün baza və ixtisas fənləri üzrə) test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvrez/?frm=egov linkinə daxil olmaq lazımdır.
Tag:imtahan, rezidentura