İxtisas fənlərindən sonuncu sınaq imtahanı keçirilib
İyunun 27-də Hippokrat rezidentura imtahanına hazırlaşan namizədlər üçün sınaq imtahanı keçirib. Sınaq imtahanı Azərbaycan və Rus dilində olmaqla bütün istiqamətlər üzrə baş tutub.
Qeyd edək ki, sınaq imtahanları namizədlərə hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanışlığa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Sonuncu sınaq imtahanı Azərbaycan Tibb Universitetində keçirildiyi üçün bu sınaq imtahanında iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanına psixoloji cəhətdən uyğunlaşmış, ayrılmış vaxtdan səmərəli istifadə bacarıqlarını inkişaf etdirmiş olmuşlar.
İştirakçılar sınaq imtahanının nəticəsini 2 İyul 17:00-dan etibarən saytdan öyrənə bilərlər.
Tag:imtahan, rezidentura