Rezidentura imtahanında Patoloji Anatomiyadan açıq tipli test tapşırıqları gözlənilirmi?

İlk öncə kafedra əməkdaşlarının belə bir məsələyə aydınlıq gətirməsi onların öhdəliyinə aid olan iş deyil, deməklə başlamaq istəyirəm. 🙂 Çünki bəzən olur ki, müəllimlər imtahana hazırlaşan namizədlərə məsələni bilməyə-bilməyə yanlış məlumatlar verirlər. Məsəlçün, biz bunun qəbul imtahanının tarixi ilə bağlı müxtəlif fikirləri eşidən zaman şahidi olduq.
Yəqin çoxlarımız bilir ki, keçən il nəşr olunmuş rezidenturadan test toplusu jurnalı bu il də dərc olundu. Amma ilk öncə onu deyim ki, test tapşırıqları keçən ilkilərlə eynilik təşkil edir. Histologiya fənnini çıxmaq şərtilə yenilik yox dərəcəsindədir. Keçək əsas məsələyə. Patoloji Anatomiyadan test tapşırıqlarına baxan zaman məlum olur ki, seçim, ardıcıllıq və uyğunluq formalı test tapşırıqları yeni jurnalda açıq tipli test tapşırıqları şəklində verilib. Bu da o deməkdir ki, Patoloji Anatomiyadan qəbul imtahanında açıq tipli test tapşırıqlarının yer alması gözlənilir.
Belə olan halda sual yaranır ki, qəbul imtahanında açıq tipli test tapşırıqlarının sayı arta bilərmi? Mən bu suala cavab olaraq xeyr deyərdim. Bildiyimiz kimi yeni qaydalara görə Patoloji Anatomiya və Patoloji Fiziologiya fənləri proqram baxımdan və ədəbiyyat baxımdan fərqli olsa da formal olaraq Patologiya adı altında birləşir. İmtahanda bu fənlər 1 fənn adı altında təqdim olunduğu üçün Patoloji Fiziologiyadan hər il daxil edilən 5 açıq tipli test tapşırıqları Patologiya fənninə tətbiq olunacaq. Ehtimalla demək olar ki, açıq tipli test tapşırıqları bu 2 fənlə təqdim olunacaq. Bu məlumat proqnoz olaraq irəli sürülür və bu, bizə sınaq və ya qəbul imtahanında məlum olacaq.

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.