Rezidentura qəbul imtahanı – açıq tipli test tapşırıqları

Rezidentura qəbul imtahanına açıq tipli test tapşırıqları 2013-cü ildən daxil edilir. Belə ki, həmin ildə qəbul imtahanına Patoloji Fiziologiyadan 5 açıq tipli test tapşırığı daxil edilmişdi. Növbəti 2014-cü ildən isə Normal Fiziologiyadan da bu tipli test tapşırıqları daxil edildi. Beləliklə, 2014-cü ildən etibarən rezidentura qəbul imtahanında təməl fənlərdən 10 açıq tipli test tapşırıqları yer alır. İndi isə açıq tipli test tapşırıqları barədə məlumat vermək istəyirəm. Açıq tipli test tapşırıqları şərtinə görə 4 formada olur. Seçim, ardıcıllıq, hesablama və uyğunluğun müəyyən olunması. 1. Seçim şərtini daşıyan test tapşırıqlarında yalnız doğru cavablar müəyyən olunur və müvafiq xanalar üzrə dairəyə alınır. Cavabların dairəyə alınmasına gəldikdə isə soldan başlamaqla ardıcıl şəkildə dairələnmə düzgün hesab olunur. Bəzi namizədlər cavabı müəyyən etdikdə dairələnməni düzgün şəkildə dairələmir. Nümunə test tapşırığı üzərində bunu göstərmək istəyirəm. Birincili hissi reseptorlara aiddir: 1. Vestibulyar 2. Fotoreseptorlar 3. Taktil 4. Proprioreseptorlar Doğru cavab 3,4 Şəklə baxdıqda fikrimi aydın başa düşəcəksiniz. :) 2. Ardıcıllığın düzgün müəyyən olunmasını tələb edən test tapşırıqlarında testin şərtinə uyğun cavablar ardıcıl şəkildə cavab kartında qeyd olunmalıdı. 3. Hesablama tələb edən test tapşırıqlarında məsələ təqdim olunur. Alınmış ədəd cavab kartında qeyd olunur. Əgər doğru cavab kəsr ədədi olarsa, tam ədəddən sonra nöqtə (.) işarəsi və sonra kəsr hissə dairələnir. Qəbul imtahanında yuxarıda göstərilmiş hər 3 test tapşırığı tipində cavablandırılma xanası tam eyni formadadı. 4. Uyğunluğun müəyyən olunması tipli test tapşırıqlarında isə təqdim olunan siyahıya uyğun müfaviq doğru cavablar seçilərək dairələnir. Nümunə test tapşırığı üzərində bunu aydınlaşdıraq. Uyğunluğu müəyyən edin: 1. İmmun sistemin anadangəlmə patologiyaları 2. İmmun sistemin qazanılmış patologiyaları a. Xaşimoto xəstəliyi b. Lui-Bar sindromu c. Leykoz d. Di-Corc sindromu e. Şüa xəstəliyi Doğru cavab: 1 - b,d   2 - c,e Cavab kartında test tapşırığının cavabı şəkildəki kimi qeyd edilir. Burada bir məsələyə də diqqət edək ki, a. Xaşimoto xəstəliyi cavabı heç bir sıraya aid edilmədi. Deməli, gördüyümüz kimi açıq tipli test tapşırıqlarında uyğunluğun müəyyən olunmasını tələb edən test tapşırıqlarında bəzən heç bir sıraya aid olmayan cavab variantlar da göstərilir. Göstərdiyim sualdan fərqli olaraq bəzən bu tipli test tapşırıqlarında şərtdə 3 siyahı verilir. Bu halda 3-cü xanaya uyğun müvafiq cavablar qeyd olunur. Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Rezidentura qəbul imtahanına açıq tipli test tapşırıqları 2013-cü ildən daxil edilir. Belə ki, həmin ildə qəbul imtahanına Patoloji Fiziologiyadan 5 açıq tipli test tapşırığı daxil edilmişdi.Növbəti 2014-cü ildən isə Normal Fiziologiyadan da bu tipli test tapşırıqları daxil edildi. Beləliklə, 2014-cü ildən etibarən rezidentura qəbul imtahanında təməl fənlərdən 10 açıq tipli test tapşırıqları yer alır. İndi isə açıq tipli test tapşırıqları barədə məlumat vermək istəyirəm. Açıq tipli test tapşırıqları şərtinə görə 4 formada olur. Seçim, ardıcıllıq, hesablama və uyğunluğun müəyyən olunması.

1. Seçim şərtini daşıyan test tapşırıqlarında yalnız doğru cavablar müəyyən olunur və müvafiq xanalar üzrə dairəyə alınır. Cavabların dairəyə alınmasına gəldikdə isə soldan başlamaqla ardıcıl şəkildə dairələnmə düzgün hesab olunur. Bəzi namizədlər cavabı müəyyən etdikdə dairələnməni düzgün şəkildə dairələmir. Nümunə test tapşırığı üzərində bunu göstərmək istəyirəm.

Birincili hissi reseptorlara aiddir:

1. Vestibulyar
2. Fotoreseptorlar
3. Taktil
4. Proprioreseptorlar

Doğru cavab 3,4

Şəklə baxdıqda fikrimi aydın başa düşəcəksiniz. 🙂

2. Ardıcıllığın düzgün müəyyən olunmasını tələb edən test tapşırıqlarında testin şərtinə uyğun cavablar ardıcıl şəkildə cavab kartında qeyd olunmalıdı.

3. Hesablama tələb edən test tapşırıqlarında məsələ təqdim olunur. Alınmış ədəd cavab kartında qeyd olunur. Əgər doğru cavab kəsr ədədi olarsa, tam ədəddən sonra nöqtə (.) işarəsi və sonra kəsr hissə dairələnir.

Qəbul imtahanında yuxarıda göstərilmiş hər 3 test tapşırığı tipində cavablandırılma xanası tam eyni formadadı.

4. Uyğunluğun müəyyən olunması tipli test tapşırıqlarında isə təqdim olunan siyahıya uyğun müfaviq doğru cavablar seçilərək dairələnir. Nümunə test tapşırığı üzərində bunu aydınlaşdıraq.

Uyğunluğu müəyyən edin:

1. İmmun sistemin anadangəlmə patologiyaları
2. İmmun sistemin qazanılmış patologiyaları

a. Xaşimoto xəstəliyi
b. Lui-Bar sindromu
c. Leykoz
d. Di-Corc sindromu
e. Şüa xəstəliyi

Doğru cavab: 1 – b,d   2 – c,e

Cavab kartında test tapşırığının cavabı şəkildəki kimi qeyd edilir.

Burada bir məsələyə də diqqət edək ki, a. Xaşimoto xəstəliyi cavabı heç bir sıraya aid edilmədi. Deməli, gördüyümüz kimi açıq tipli test tapşırıqlarında uyğunluğun müəyyən olunmasını tələb edən test tapşırıqlarında bəzən heç bir sıraya aid olmayan cavab variantlar da göstərilir. Göstərdiyim sualdan fərqli olaraq bəzən bu tipli test tapşırıqlarında şərtdə 3 siyahı verilir. Bu halda 3-cü xanaya uyğun müvafiq cavablar qeyd olunur.

 

Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.