Rezidentura qəbul nəticələrinin müqayisəsi – 2017 və 2016-cı illər

Bu gün Rezidentura qəbul imtahanının 1-ci mərhələsinin nəticələri açıqlandı. İlk öncə mövzudan bir az kənara çıxıb qəbul imtahanı ilə bağl ilkləri xatırlayaq. İlk dəfə olaraq qəbul imtahanının 1-ci mərhələsinə 60 AZN rüsum tətbiq edildi, ilk dəfə olaraq qəbul imtahanı 11:00-da deyil, 13:00-da başlandı, ilk dəfə olaraq namizədlər üçün sınaq imtahanı keçirilmədi və ilk dəfə olaraq Tibbi Biologiya istiqamətinə qəbul rəsmən dayandırıldı (qeyri-rəsmi olaraq müraciətlərdən sonra ərizə qəbulu baş tutdu, lakin rəsmi olaraq məlumat açıqlanmadı). İndi isə öncəki illərlə bu ilin nəticələrini qarşılaşdıraq. Keçmişə nəzər salsaq, deyə bilərəm ki, 2016-cı ildə 2-ci mərhələyə 442, 2015-ci ildə 1.000 (keçid balı 30-a endirilmişdi. 40 və daha artıq balı isə 705 nəfər toplamışdı), 2014-cü ildə 955 namizəd keçmişdi. Bu il isə 2-ci mərhələyə keçən namizədlərin sayı 664 nəfərolmuşdur. Keçən ilin nəticələri ilə müqayisə apardıqda 1,5 dəfə artım qeydə alınıb. Qəbul imtahanının nisbətən asan, yaxud çətin olması iştirakçılara görə nisbi olduğu üçün bu amilin iştirakçıların sayına təsir etməsini demək çətin məsələdir. Lakin qəbul imtahanı artıq ödənişli olduğu üçün ola bilsin ki, imtahana hazırlıqsız namizədlərin əksəriyyəti ərizə verməyib. Çünki ümumi statistika olaraq qeydə alındı ki, bu və digər imtahanların ödənişli olması ərizə verənlərin sayına az da olsa təsir edib. Bildirmək istədiyim fikir odur ki, qəbul imtahanı ödənişsiz olsaydı, bəlkə də ərizə vermiş namizədlərin sayı 1077 deyil, 1200-1300 nəfər olardı. Qeyd edim ki, imtahanda iştirak etməyənlərin sayı 11 nəfər olmuşdur. Keçən il isə 1239 nəfər ərizə verdiyi halda onlardan 1186-sı qəbul imtahanında iştirak etmiş, 53 nəfəri isə imtahanda iştirak etməmişdir. Beləliklə ikinci mərhələyə keçən namizədlərin sayı keçən il ilə müqayisədə çox olduğu üçün ixtisas seçimindən sonra demək olar ki, boş yerlərin qalması ehtimalı çox aşağıdır. Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Bu gün Rezidentura qəbul imtahanının 1-ci mərhələsinin nəticələri açıqlandı. İlk öncə mövzudan bir az kənara çıxıb qəbul imtahanı ilə bağl ilkləri xatırlayaq. İlk dəfə olaraq qəbul imtahanının 1-ci mərhələsinə 60 AZN rüsum tətbiq edildi, ilk dəfə olaraq qəbul imtahanı 11:00-da deyil, 13:00-da başlandı, ilk dəfə olaraq namizədlər üçün sınaq imtahanı keçirilmədi və ilk dəfə olaraq Tibbi Biologiya istiqamətinə qəbul rəsmən dayandırıldı (qeyri-rəsmi olaraq müraciətlərdən sonra ərizə qəbulu baş tutdu, lakin rəsmi olaraq məlumat açıqlanmadı). İndi isə öncəki illərlə bu ilin nəticələrini qarşılaşdıraq. Keçmişə nəzər salsaq, deyə bilərəm ki, 2016-cı ildə 2-ci mərhələyə 442, 2015-ci ildə 1.000 (keçid balı 30-a endirilmişdi. 40 və daha artıq balı isə 705 nəfər toplamışdı), 2014-cü ildə 955 namizəd keçmişdi. Bu il isə 2-ci mərhələyə keçən namizədlərin sayı 664 nəfərolmuşdur. Keçən ilin nəticələri ilə müqayisə apardıqda 1,5 dəfə artım qeydə alınıb. Qəbul imtahanının nisbətən asan, yaxud çətin olması iştirakçılara görə nisbi olduğu üçün bu amilin iştirakçıların sayına təsir etməsini demək çətin məsələdir. Lakin qəbul imtahanı artıq ödənişli olduğu üçün ola bilsin ki, imtahana hazırlıqsız namizədlərin əksəriyyəti ərizə verməyib. Çünki ümumi statistika olaraq qeydə alındı ki, bu və digər imtahanların ödənişli olması ərizə verənlərin sayına az da olsa təsir edib. Bildirmək istədiyim fikir odur ki, qəbul imtahanı ödənişsiz olsaydı, bəlkə də ərizə vermiş namizədlərin sayı 1077 deyil, 1200-1300 nəfər olardı. Qeyd edim ki, imtahanda iştirak etməyənlərin sayı 11 nəfər olmuşdur. Keçən il isə 1239 nəfər ərizə verdiyi halda onlardan 1186-sı qəbul imtahanında iştirak etmiş, 53 nəfəri isə imtahanda iştirak etməmişdir. Beləliklə ikinci mərhələyə keçən namizədlərin sayı keçən il ilə müqayisədə çox olduğu üçün ixtisas seçimindən sonra demək olar ki, boş yerlərin qalması ehtimalı çox aşağıdır.

 

Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.