Rezidentura və digər qəbul imtahanlarının qiyməti ilə bağlı təkliflər Tarif Şurasına göndərilib
Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK/DİM) test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyənləşdirilməsinə dair təkliflərini Tarif Şurasına göndərib.
DİM-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ödənişlər orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat,magistratura və rezidentura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün nəzərdə tutulur.
Qeyd edək ki, sərəncam verildiyi tarixdən etibarən 15 gün müddətində imtahanlarda iştirak etmək üçün ödənişin məbləği müəyyənləşdirilməlidir.
Tag:imtahan, rezidentura