Rezidenturaya bir fakültənin qəbulu dayandırıldı?

Hörmətli oxucuları, salamlayıram. Bir neçə gün bundan əvvəl bildiyiniz kimi Rezidentura üzrə baza fənlərindən qəbul proqramını əks etdirən jurnal dərc olundu. Adəti üzrə jurnalı əldə etdim. Jurnalı vərəqləyən zaman məlum oldu ki, qəbul proqramında Tibbi Biologiya fakültəsinin adı qeyd olunmayıb. İlk öncə bunu çap səhvi oduğunu düşündüm. Çünki bu fakültə rezidentura imtahanı keçiriləndən Tibb Universitetində məzunlar yetişdirib. Yəni bu fakültənin qəbulunun dayandırılması imtahan vermək istəyənlər üçün acınacaqlı haldı. Məsələn, Genetika ixtisası hazırda bu fakültə məzunları üçün ehtiyac duyulan ixtisaslardandı. Araşdırmaq üçün DİM-ə (keçmiş TQDK) elektron müraciət formasında məktub ünvanladıq. Təəssüf ki, bir neçə gün keçsə də hər hansı bir rəsmi cavab gəlməyib. Bu, hazırda keçmiş məzunları çox maraqlandıran mövzu olduğu üçün bizə cavab gəldiyi halda burada qeyd edəcəyik. Bu baxımdan yazının davamı olacaq... 08.03.2017 (əlavə olunub) Elektron sorğuya əsasən rəsmi olaraq bildirildi ki, Tibbi Biologiya istiqaməti üzrə artıq rezidenturaya qəbul imtahanı aparılmayacaq. Bir daha vurğulamaq istəyirəm ki, Tibbi Biologiya fakültəsi hazırda Tibb Universitetində fakültə kimi mövcud olmasa belə öncəki rezidentura qəbul imtahanı aparılan dövrlərdə mövcud olub. Buna görə də həmin dövrdə məzun olan şəxslər üçün bunu qəbuledilməz hal kimi qəbul etsək, yanılmarıq. Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Hörmətli oxucuları, salamlayıram. Bir neçə gün bundan əvvəl bildiyiniz kimi Rezidentura üzrə baza fənlərindən qəbul proqramını əks etdirən jurnal dərc olundu. Adəti üzrə jurnalı əldə etdim. Jurnalı vərəqləyən zaman məlum oldu ki, qəbul proqramında Tibbi Biologiya fakültəsinin adı qeyd olunmayıb. İlk öncə bunu çap səhvi oduğunu düşündüm. Çünki bu fakültə rezidentura imtahanı keçiriləndən Tibb Universitetində məzunlar yetişdirib. Yəni bu fakültənin qəbulunun dayandırılması imtahan vermək istəyənlər üçün acınacaqlı haldı. Məsələn, Genetika ixtisası hazırda bu fakültə məzunları üçün ehtiyac duyulan ixtisaslardandı. Araşdırmaq üçün DİM-ə (keçmiş TQDK) elektron müraciət formasında məktub ünvanladıq. Təəssüf ki, bir neçə gün keçsə də hər hansı bir rəsmi cavab gəlməyib.
Bu, hazırda keçmiş məzunları çox maraqlandıran mövzu olduğu üçün bizə cavab gəldiyi halda burada qeyd edəcəyik. Bu baxımdan yazının davamı olacaq…

08.03.2017 (əlavə olunub)

Elektron sorğuya əsasən rəsmi olaraq bildirildi ki, Tibbi Biologiya istiqaməti üzrə artıq rezidenturaya qəbul imtahanı aparılmayacaq. Bir daha vurğulamaq istəyirəm ki, Tibbi Biologiya fakültəsi hazırda Tibb Universitetində fakültə kimi mövcud olmasa belə öncəki rezidentura qəbul imtahanı aparılan dövrlərdə mövcud olub. Buna görə də həmin dövrdə məzun olan şəxslər üçün bunu qəbuledilməz hal kimi qəbul etsək, yanılmarıq.

 

 

Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.