Rezidenturaya qəbul imtahanının baş tutacağı tarix
Rezidentura qəbul imtahanının 1-ci mərhələsi 2014-cü ildə 30 mart, 2015-ci ildə isə 15 mart tarixində (Avropa Oyunları ilə əlaqədar olaraq imtahanların erkən keçirilməsi nəzərdə tutulmuşdu) baş tutdu. Hal-hazırda imtahana hazırlaşanları belə bir sual maraqlandırır.”İmtahan nə zaman olacaq”? Bu suala cavab verməmişdən öncə magistratura imtahanının tarixi barədə məlumatımız olmalıdı. Çünki rezidentura imtahanından əvvəl həmişə magistratura imtahanı baş tutur. İmtahanlar arasında interval isə azı 2 həftə olur. Bu gün magistratura imtahanına hazırlaşan namizədlərin suallarını cavablandıran TQDK-nın magistratura şöbəsinin müdiri Natiq Əliyev bildirmişdir ki, magistratura imtahanının keçiriləcəyi tarix mart ayının 6-sına nəzərdə tutulub.
Əvvəlki illərdən qənaətə gəlib deyə bilərik ki, imtahanlar arasında azı 2 həftə interval olduğu üçün rezidentura imtahanının 27 martdan tez baş tutması ehtimalı çox azdır. Bundan əlavə qeyd etmək lazımdır ki, Novruz bayramı ilə əlaqədar 20-25 mart tarixləri qeyri-iş günləri hesab olunur. İmtahan prosesinə hazırlıq işlərinin bir neçə gün əvvəl başlanmasını və qeyri-iş günləri ilə əlaqədar olaraq əmək məcəlləsində müvafiq maddələri nəzərə aldıqda (20-25 mart qeyri-iş günü hesab olunur) demək olar ki, 27 mart tarixində də imtahanın olması ehtimalı çox azdır. 3 aprel tarixi isə Bazar gününə təsadüf etdiyi üçün imtahanın həmin tarixdə baş tutması ehtimalı yüksəkdir.
Qeyd edim ki, rezidentura imtahanının 1-ci mərhələsi həmişə Bazar günündə baş tutduğu üçün təqvimdə yalnız Bazar gününün təsadüf etdiyi tarixlər qeyd olunub.
Tag:imtahan, rezidentura