Rezidenturaya qəbul olanların nəzərinə

Səhiyyə Nazirliyi məlumat verir ki, 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslərin aşağıdakı siyahıda göstərilən sənədləri 22.07.2015-ci il tarixindən 28.07.2015-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (Akad. M.Mirqasımov küç. 1A, Elektron Səhiyyə) təqdim edərək, nazirliklə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni imzaladıqdan sonra qeydiyyatdan keçmələri mütləqdir.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

Tələb olunan sənədlər:
1. İş nömrəsi
2. Şəxsiyyət vəsiqəsi və onun surəti
3. Ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti

İxtisasların qeydiyyat tarixləri ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olmaq lazmdır.

www.bit.ly/ixtisasqeydiyyat

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.