Rezidenturaya qəbul – “Buraxılış vərəqəsi”nin verilməsinə başlanıb
2017/2018-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanıb. Bunun üçün namizədlər “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni http://eservices.dim.gov.az/erizerez/brxvrez/ internet səhifəsinə daxil olaraq çap edib götürməlidirlər. İmtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış vərəqəsini (hər mərhələ üçün ayrıсa) və şəxsiyyətlərini təsdiq edən sənədi imtahana hökmən gətirməlidirlər. 2017/2018-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanmasına başlanılıb. Bu məqsədlə rezidenturaya keçirilən baza fənləri üzrə test imtahanında iştirak etmək üçün 1077 nəfər ərizə verib. Onlardan da 925-i Azərbaycan, 152-i Rus dili bölməsinin məzunudur.
Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir : Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi formasında keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da baş tutacaq . İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də təşkil olunacaq. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir. Müsabiqəyə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.
Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .