Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş namizədlər imtahan nəticələri barədə TQDK-nın internet saytına daxil olaraq və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Qeyd edək ki, TQDK martın 15-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib. İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada aparılıb. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Rezidentura və rezidentura hazırlığı haqqında aşağıdakı başlıqlara daxil olaraq məlumat əldə edə bilərsiniz.
Rezidentura Hazırlığı haqqında