Rezidenturaya qəbul olunan qaydalardan hansıları yeni hesab olunur?

Bu gün Nazirlər Kabineti rezidenturaya qəbul qaydalarını təsdiq edib. Qəbul qaydalarını ilk dəfə oxuyan tələbə və məzunların bir qismi rezidentura təhsilində ödənişin şamil olunması , rezidenturanı bitirdikdən sonra 3 illik əmək fəaliyyatini səhiyyə nazirliyinin vasitəsilə davam etdirməsini yeni qayda kimi qəbul ediblər. 2010-cu ildə  “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nı rəhbər tutaraq xatırlatmaq istəyirəm ki, 1.5. müddəada göstərilir ki, Azərbaycan vətəndaşları üçün rezidentura təhsili dövlət hesabına və ya ödənişli əsaslarla aparılır. Bu baxımdan qəbul olunan qaydaları, yaxud xəbər saytlarında dərc olunan məlumatları yəni qayda kimi qəbul etmək lazım deyil. Əsas vurğulamaq istədiyim məqam odur ki, baxmayaraq ki, 1.5 müddəda təhsilin ödənişli əsasla aparılması göstərilir, lakin indiki tarixə qədər Bakı şəhərində olan xəstəxanalarda hər hansı bir ödənişli əsas heç bir rezidentə şamil olunmayıb. Digər məsələ isə 3 illik əmək fəaliyyəti ilə bağlıdır. Bu müddəa əslində 2014-cü ildən məlumdur. Yəni, "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"na əsasən, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər". Açıqlanan digər məlumatlar demək olaraq qəbul imtahanı qaydalarının aparılması və yerləşdirmə (sənəd qəbul, imtahan qeydiyyatı, ixtisas təsdiqlətməsi və s.) ilə bağlı olduğu üçün əksəriyyətimizə məlumdur. Yeni qayda isə rezidentura qəbul imtahanınında iştirak etmək üçün qəbul imtahanının ödənişli olması ilə bağlıdır. Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Bu gün Nazirlər Kabineti rezidenturaya qəbul qaydalarını təsdiq edib. Qəbul qaydalarını ilk dəfə oxuyan tələbə və məzunların bir qismi rezidentura təhsilində ödənişin şamil olunması , rezidenturanı bitirdikdən sonra 3 illik əmək fəaliyyatini səhiyyə nazirliyinin vasitəsilə davam etdirməsini yeni qayda kimi qəbul ediblər. 2010-cu ildə  “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nı rəhbər tutaraq xatırlatmaq istəyirəm ki, 1.5. müddəada göstərilir ki, Azərbaycan vətəndaşları üçün rezidentura təhsili dövlət hesabına və ya ödənişli əsaslarla aparılır. Bu baxımdan qəbul olunan qaydaları, yaxud xəbər saytlarında dərc olunan məlumatları yəni qayda kimi qəbul etmək lazım deyil. Əsas vurğulamaq istədiyim məqam odur ki, baxmayaraq ki, 1.5 müddəda təhsilin ödənişli əsasla aparılması göstərilir, lakin indiki tarixə qədər Bakı şəhərində olan xəstəxanalarda hər hansı bir ödənişli əsas heç bir rezidentə şamil olunmayıb.

Digər məsələ isə 3 illik əmək fəaliyyəti ilə bağlıdır. Bu müddəa əslində 2014-cü ildən məlumdur. Yəni, “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”na əsasən, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər”. Açıqlanan digər məlumatlar demək olaraq qəbul imtahanı qaydalarının aparılması və yerləşdirmə (sənəd qəbul, imtahan qeydiyyatı, ixtisas təsdiqlətməsi və s.) ilə bağlı olduğu üçün əksəriyyətimizə məlumdur. Yeni qayda isə rezidentura qəbul imtahanınında iştirak etmək üçün qəbul imtahanının ödənişli olması ilə bağlıdır.

 

Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.