Rezidenturaya sənəd qəbulu elan edilib
Hippokrat hazırlıq kursu
Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul elan edir. Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2018-ci il fevralın 15-dən 22-dək bunları etməlidirlər . Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaradırsınız . Sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edirsiniz.
Namizədin “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2018-ci il fevralın 15-dən 22 dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).