Səhiyyə Nazirliyi rezidentlərin işə qəbul qaydalarını açıqlayıb

Azərbaycanda “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”na əsasən, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova bildirib ki, əvvəllər Səhiyyə Nazirliyi ilərezidenturaya qəbul olanlar arasında müqavilə bağlanmırdı. 2013-cü ildən Nazirlər Kabinetinin qərarına əsasən, rezidentlərlə nazirlik arasında “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilə bağlanılır. Onun sözlərinə görə, indiyədək təyinat alma prosesində 242 rezident iştirak edib: “Onların əksəriyyəti təyinatla getdiyi müəssisələrdə çalışır. Səhiyyə Nazirliyi ilə müqaviləsi olmayan, yaxud təyinatdan imtina edənlər sonradan mərkəzləşdirilmiş qəbulda işə qəbul olunurlar. Adətən, rezidenturanıbitirənlərin əksəriyyəti təyinatda iştirak edərək təklif olunan vakant yerlərdən seçim edirlər”.

Nazirlik rəsmisi qeyd edib ki, 3 illik təyinat müddəti başa çatdıqdan sonra onlar işlədikləri müəssisədə fəaliyyətlərini davam etdirə bilərlər. Bunu istəməsələr, mərkəzləşdirilmiş qaydada imtahan verərək özlərinə uyğun vakant yerdə işləmək imkanları var.

T.Əhmədova təyinatdan imtina etmə səbəblərini də açıqlayıb: “Müqavilə olmadıqda rezidentlər təyinatdan imtina edə bilərlər. Bəzi rezidentlər evlərinə yaxın yerdə işə düzəlmək istəyirlər. Bu halda da onlar təyinatdan imtina edərək sonradan mərkəzləşdirilmiş qaydada imtahan verməklə yaşayış yerlərinə yaxın müəssisədə vakant yerə işə qəbul olunurlar”.

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.