Səhiyyə Nazirliyi Rezidenturaya qəbul planının artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edib

rezidentura kursu Rezidenturaya aparılan qəbulda ödənişli yerlərin əlavə olunması 2013-cü ildə qanunda öz əksini tapmışdır. Əlbəttə ki, bu, birmənalı qəbul olunmamalıdır. Bu problemin səbəbi Rezidenturanın "Təhsil haqqında" qanuna əlavə edilməsidir. Ciddi problem buradan gəlir. Əgər təhsil haqqında qanun burada öz əksini tapmasa, "ödənişli", "dövlət sifarişli" sözləri öz əksini tapmaz. Ödənişli yerlərin 4.000 AZN təşkil etməsi təhsil tərəfidir. Əmək haqqı tərəfi nəzərə alındığı halda məntiqsiz səslənsə də əmək haqqı alınacaq və illik təhsil haqqı ödəniləcək. Onu da qeyd edək ki, ödənişli əsaslarla təhsilini başa vuranlar 3 illik Səhiyyə Nazirliyi müəsssisələrində işləmək məcburiyyətində qalmayacaqlar. Bundan əlavə ödənişli əsaslarla təhsil alanlar səhiyyə nazirliyi ilə qəbul olduğu xəstəxana ilə mülki-hüquqi müqavilə bağlamalı olacaqlar.

Rezidenturaya qəbul planının artırılması ilə bağlı Səhiyyə Nazirliyi Nazirlər Kabinetinə müraciət edib.

məlum olduğu kimi, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 16-da başa çatıb. İxtisas seçimi başa çatandan sonra isə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqənin nəticələri elan olunmalıdır. Lakin Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilməsi barədə DİM-ə məlumat verilib. Rezidenturaya qəbul üzrə əlavə plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən və DİM-ə göndərildikdən sonra həmin yerlər haqqında məlumat veriləcək. Bundan sonra “Namizədin elektron ixtisas seçimi” ərizəsinin yenidən aktiv edilmə tarixləri elan ediləcək.

Bildiyiniz kimi, namizədlər ixtisas seçimi edərkən mövcud plan yerlərini nəzərə alıblar. Plan yerlərinin artırılacağını nəzərə alaraq Dövlət İmtahan Mərkəzi tərəfindən “Namizədin elektron ixtisas seçimi” ərizəsi yenidən aktiv edildikdən sonra ərizəsində dəyişiklik etmək istəyən namizədlər sistemə daxil olaraq “Ərizənin təsdiqini ləğv et” düyməsini basmaqla istədikləri dəyişiklikləri edərək ərizələrini yenidən təsdiq edə biləcəklər. Hər hansı bir dəyişiklik etmək istəməyən namizədlərin ərizələri isə olduğu kimi qalır və onlardan ərizələrini yenidən təsdiq etmək tələb olunmur. Beləliklə, yalnız, namizədlər əlavə edilən plan yerlərini də nəzərə almaqla ixtisas seçimi etdikdən sonra rezidenturaya qəbul olmaq üçün müsabiqə keçiriləcək və nəticələr elan ediləcək”, – deyə DİM məlumatında qeyd olunub.

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.