Təhsil naziri Ankarada YÖK görüşləri keçirib

Fevralın 22-də təhsil naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisində Milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədr müavini Burhanettin Uysal ilə görüşüb. Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşdən sonra Mikayıl Cabbarov Parlament binasının 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhd zamanı zərər görmüş hissəsinə baş çəkib. Daha sonra təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Yekta Saraçla görüşüb. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsinin inkişafı üçün gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Fevralın 22-də təhsil naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisində Milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədr müavini Burhanettin Uysal ilə görüşüb.

Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdən sonra Mikayıl Cabbarov Parlament binasının 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhd zamanı zərər görmüş hissəsinə baş çəkib.

Daha sonra təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Yekta Saraçla görüşüb. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsinin inkişafı üçün gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

 

Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.