Tarif Şurası: Qəbul imtahanları ilə bağlı optimal qiymət müəyyən olunacaq
Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və rezidentura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak üçün qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı İşçi qrup səviyyəsində müzakirələr aparılır.
APA-nın xəbərinə görə, bu barədə Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov bildirib. O qeyd edib ki, optimal qiymət müəyyən olunacaq.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyənləşdirilməsinə dair təkliflərini Tarif Şurasına göndərib.
Tag:imtahan, rezidentura