Tariflərin müəyyənləşməsi başa çatdıqdan sonra imtahanların vaxtı məlum olacaq

DİM sədri rezidenturaya qəbul üzrə imtahanda olacaq yeniliklər barəsində çıxış edib. Hippokrat rezidentura hazırlığı mərkəzi olaraq həmin

Bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının iclasında şuranın sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra qrafikin elan olunması və müəyyən tədbirlərin (sınaq imtahanları, sənəd qəbulu və s.) başlanması mümkün olacaq. Şura sədri imtahanların ilkin qrafiki ilə bağlı bildirib ki, qrafikdə yalnız buraxılış və qəbul imtahanlarının tarixləri əks olunub. Çünki bu imtahanların vaxtları tədris ilinin müddəti ilə sıx əlaqəlidir və ötən illər bu dövrdə qrafiki artıq elan edilib: “Dövlət qulluğuna qəbulla bağlı imtahanların da planlaşdırılması qeyd olunan məsələlərə görə hələ ki, təxirə salınır”. Onun sözlərinə görə, ali məktəblərin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya və kolleclərə qəbul qaydaları DİM tərəfindən rəy bildirilməsi üçün Təhsil və Ədliyyə Nazirliklərinə göndərilib, sonuncuların rəyləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub.

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.