Yeni nəşr olunmuş rezidentura jurnalında gözlənilən sualların cavabı yer aldımı?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Rezidentura jurnalının 2016-cı il üçün 1-ci sayını dərc etmişdir. Jurnalda baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydaları və baza fənləri üzrə qəbul proqramları, namizədlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının elmi-metodiki izahı və tövsiyələr, test tapşırığı nümunələrini təqdim olunmuşdur.
Jurnala göz gəzdirən zaman məlum olur ki, namizədləri düşündürən bəzi suallara cavab tapmaq olmur.

1. Qəbul imtahanında yer alan suallarının bölgüsü.
Nümunə test tapşırıqlarının sayı son illərdə olduğu kimi ixtisarla verilmişdir. Bu da sualların imtahanda hansı bölgüdə düşəcəyini sual altında saxlayır. Yəqin ki, sualların sayına qənaət olunduğu üçün bu formada dərc olunur.

2. “Patologiya” fənni
Patologiya adı altında yazılmış fənlərin mövzusu ayrı-ayrı verilmişdir. Yəni ki, Patoloji Anatomiya və Patoloji Fiziologiya fənlərində proqram ayrı olduğu kimi jurnalda da həmin formada təqdim olunub. Yenə də Patologiya adı altında fənnin təqdim olunması formal xarakter daşımaqdan fərqli bir şey deyil. ))

Qəbul imtahanında yer almış fənlərin proqramı stabil olaraq qaldığı və gözlənilən sualların cavabı jurnalda yer almadığı üçün (əslində belə də gözləyirdim) jurnalın alınması böyük əhəmiyyət kəsb etmir.

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.