Rezidentura imtahanı nədir ?
Hippokrat Rezidentura Hazırlığı Kursu
Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidenturaya qəbul dövlət təhsil standartına uyğun olaraq hazırlanmış baza ali tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı”nda qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə aparılır.
Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda aparılır. Rezidentura təhsili dövlət sifarişi və ödənişli olaraq həyata keçirilir.
Rezidentura imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir:
1) Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi rezidentura imtahanı .
2) Klinik fənlər üzrə biliklərin qiymətləndirilməsi rezidentura imtahanı .
Baza və klinik imtahanlardan müsahibə şərtlərini ödəyən namizədlər rezidentura ixtisas seçimi mərhələsində iştirak edə bilərlər. Rezidentura ixtisas seçimi zamanı ixtisaslar üzrə kliniki bazalar və vakant yerlərin sayı hər il üçün DİM tərəfindən elan olunur. İxtisas seçimi üzrə müsabiqə 2 mərhələnin cəmində namizədin topladığı bala əsasən müəyyənləşdirilir.
Rezidentura imtahanı - I mərhələ
1.mərhələnin imtahanı 8 fənndən təşkil olunub.
– Anatomiya
– Histologiya
– Mikrobiologiya
– Biokimya
– Farmakologiya
– Patologiya
– Fiziologiya
İmtahanın sual sayı 100 ədəddir. 100 sualdan 10-u (5-i Patologiya və 5-i Fiziologiya olmaqla) açıq tipli, qalan 90-ı isə qapalı tipli test tapşırığıdır. İmtahan müddəti 250 dəqiqədir. İmtahanın minimal keçid balı 40 baldır.

Rezidentura imtahanı - FAQs
Rezidentura imtahanı test üsulu ilə həyata keçirilir. İmtahan 2 mərhələlidir. Hər mərhələdə namizədə 100 test tapşırığı verilir. İlk mərhələdə 100 test tapşırığından 10-u açıq test tapşırığı, 90-ı qapalı test tapşırığı, ikinci mərhələdə isə 5-i açıq test tapşırığı, 95-i qapalı test tapşırığıdır.
İxtisas seçimi üzrə müsabiqə 2 mərhələnin cəmində namizədin topladığı bala əsasən müəyyənləşdirilir. Hansı mərhələnin nəticəsinin az və ya çox olması əhəmiyyət daşımır.
Anatomiya – 13 test Histologiya – 7 test Mikrobiologiya – 15 test Biokimya – 13 test Farmakologiya – 12 test Patologiya – 25 test (5-i açıq tipli) Normal Fiziologiya – 15 test (5-i açıq tipli)
İmtahan müddəti 150 dəqiqə, yəni 2 saat 30 dəqiqədir. İmtahanın ilk 60 dəqiqəsi və son 30 dəqiqəsi ərzində imtahandan çıxmaq olmaz.