<img height="1" width="1" alt="" style="display:none" src="https://www.facebook.com/tr?id=821215834607106&amp;ev=PixelInitialized"/>

Qəbul qaydaları

2011-ci ildən Azərbaycanda baza ali tibb təhsilinə malik həkimlərin fəaliyyəti üçün Nazirlər Kabinetinin sərəncamı əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahandır. Rezidentura qəbul imtahanı 2 mərhələdə keçirilir. 1-ci mərhələ üzrə keçid balı 40, 2-ci mərhələ üzrə isə 50 baldır. Müsabiqəyə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan, ixtisas fənləri üzrə isə 50-dən, umümi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Qəbul imtahanı

Namizədlərə hər mərhələdə ayrılıqda açıq və qapalı formada olmaqla 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. Hər bir mərhələ üzrə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. İmtahanın ümumi nəticəsi hər iki mərhələ üzrə toplanılan balları cəmi olaraq hesablanır.

İxtisas seçimi

Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Namizədlərin seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır. Bu mərhələyə müsabiqədə iştirak hüququ əldə etmiş namizədlər buraxılırlar. İxtisas seçimi elektron formada doldurulur. Seçimdən sonra namizədlərin qəbul olduğu ixtisaslar və klinikaların adları açıqlanır