STS TUS Kursları Uzmanlıq

STS TUS UZMANLIQ – Sənədləşmə

Uzmanlıq (TUS) və denklik (STS) imtahanının nəticəsinin təsdiqi üçün YÖK-ə sənədlərin təslimi şərtdir. Sənədlərə  diplom, xarici pasport, atesstat və orta qiymət vərəqəsi aiddir. Qeyd olunan sənədlər müvafiq qurumlar üzrə təsdiq olundunqdan sonra YÖK-ə təqdim oluna bilər.

Təqdim olunmuş sənədlər YÖK-dən tərəfindən yoxlanılıb müvafiq araşdırmalardan sonra rəsmi təsdiq məktubu qeyd edilmiş ünvana göndərilir. Qeyd edək ki, imtahanlarda iştirak etmək üçün sənədləşmə prosesinin hansı mərhələdə olmasının önəmi yoxdur.

• Sənədlərin YÖK-ə təslimi və digər məsələlər üzrə bizə müraciət edə bilərsiniz

STS

STS – “Seviye Tespit Sınavıdır”. Ali tibb təhsili diplomuna malik məzunların TUS imtahanında iştirak etməsi məqsədi ilə diplomun tanıdılması üçün keçirilən bir imtahandır. STS imtahanı Ankara şəhərində olmaqla fevral və avqust aylarında keçirilir. İmtahandan əvvəl imtahan qeydiyyatının aparılması mütləqdir. İmtahan qeydiyyatı “YU“ nömrəsi vasitəsi ilə aparılır.

• YU nömrəsinin alınması üçün bizə müraciət edə bilərsiniz

İmtahan qeydiyyatı tarixləri və rüsumu ÖSYM tərəfindən açıqlanır. STS-də klinik fənlərdən test tapşırıqları təqdim olunur. İmtahan 2,5 saat davam edir. 120 sualdan ibarət olan imtahanda 40 və daha çox balın toplanması nəticənin uğurlu olmasına əsas verir. İmtahan qaydalarına əsasən 4 səhv cavab 1 doğru cavabı ləğv edir.

Sualların bölgüsü aşağıdakı kimidir:
• Dahiliye – 42 sual
• Pediatri – 30 sual
• Cerrahi – 36 sual
• Kadın Doğum – 12 sual
* Küçük stajlar üzrə test tapşırıqları Dahiliye, Pediatri və Cerrahiye fənlərinə daxildir.

STS nəticənizin təsdiq olunması üçün imtahandan əvvəl və ya sonra sənədlərinizin YÖK-ə təqdim olunması tələb olunur. TUS imtahanında iştirak etmək üçün yuxarıdakı mərhələləri keçdikdən sonra 6-9 ay müddətində Türkiyədə təcrübə (praktika) keçmək lazımdır.

STS imtahanına hazırlıq və kitablar », imtahana qeydiyyatın aparılması və imtahana tur xidməti üçün bizə müraciət edə bilərsiniz

TIP DİL

Tıp Dil – ingilis və digər dillərdə keçirilən TUS-a qəbul üçün tələb olunan dil imtahanıdır. İmtahan İstanbul və Ankara şəhərində olmaqla ildə 2 dəfə keçirilir. Digər imtahanlarda olduğu kimi bu imtahanda da imtahandan öncə imtahan qeydiyyatının aparılması mütləqdir. İmtahana qeydiyyat üçün YU nömrəsinə malik olmalı və daha sonra Ankara Universiteti imtahan mərkəzində hesab açılmalıdır. İmtahan qeydiyyatı tarixləri və rüsumu Ankara Universiteti tərəfindən açıqlanır.

İmtahan müddəti 2,5 saatdır. Tıp dil imtahanı STS-dən öncə və ya sonra verilə bilər. Uğurun keçərlilik müddəti 5 ildir. Tıp Dil imtahanına alternativ YDS və YÖK Dil imtahanlarıdır.

• Tıp dil imtahanına hazırlıq, imtahana qeydiyyatın aparılması və imtahana tur xidməti üçün bizə müraciət edə bilərsiniz

STAJ

STS imtahanından uğurla keçmiş və sənədləri təsdiq olunmuş həkimlər TUS imtahanında iştirak etmək üçün 6-9 ay müddətində Türkiyədə praktika (təcrübə) keçməlidir. Qeyd edək ki, xəstəxana seçimi şəxsən həkim tərəfindən seçilir və ərizə şəklində YÖK-ə təqdim olunur.

• Staj ərizlərinin yazılması üçün bizə müraciət edə bilərsiniz

TUS

TUS – “Tıpda Uzmanlık Sınavı” olub,Türkiyədə tibbi uzmanlıq dərəcəsini almaq üçün keçirilən imtahandır. Sənədləşmə prosesi və STS, Tıp dil (YÖK DİL və ya YDS), Staj mərhələlərini uğurla keçdikdən sonra TUS-da iştirak hüququ qazanılır. İmtahan ildə 2 dəfə olmaqla fevral və avqust aylarında keçirilir. TUS ilk dəfə iştirak edəcək həkimlər üçün yalnız Ankarada, təkrar iştirak edəcək həkimlər üçün isə İstanbul, Ankara, İzmir şəhərlərində baş tutur.

STS-də olduğu kimi TUS-da da imtahandan əvvəl qeydiyyatın aparılması mütləqdir. İmtahan qeydiyyatı “YU“ nömrəsi vasitəsi ilə aparılır. İmtahan qeydiyyatı tarixləri və rüsumu ÖSYM tərəfindən açıqlanır. TUS imtahanı 2 mərhələdən ibarətdir. 1-ci mərhələdə təməl fənlərdən, 2-ci mərhələdə isə klinik fənlərdən test tapşırıqları təqdim olunur. Hər iki mərhələ ayrı-ayrılıqda 2,5 saat davam edir. İmtahan 240 sualdan (120 sual təməl,120 sual klinik) ibarətdir. Sualların bölgüsü aşağıdakı kimidir.

Klinik fənlər
• Dahiliye – 42 sual
• Pediatri – 30 sual
• Cerrahi – 36 sual
• Kadın Hastalıkları ve doğum – 12 sual

Təməl fənlər
• Anatomi – 14 sual
• Histoloji ve Embriyoloji – 8 sual
• Fizyoloji – 10 sual
• Biyokimya – 22 sual
• Mikrobiyoloji – 22 sual
• Patoloji – 22 sual
• Farmakoloji – 22 sual

• STS imtahanına hazırlıq və kitablar, imtahana qeydiyyatın aparılması və imtahana tur xidməti üçün bizə müraciət edə bilərsiniz

DÖVLƏT QURUMLARI

YÖK –“ Yüksek Öğretim Kuruludur”. STS və TUS imtahanı ilə əlaqədar bütün sənədləşmə (diplom işləri, staj ərizəsi və s.) işləri YÖK vasitəsi ilə aparılır.

• Diplomların YÖK-ə təslimi, geri gətirilməsi və digər sənədləşmə işləri üçün bizə müraciət edə bilərsiniz.


Təhsil naziri Ankarada Türkiyə Böyük Millət Məclisində və Ali Təhsil Şurasında (YÖK) görüşündən

ÖSYM – “Ölçme Seçme Yerleşdirme Merkezidir”. STS, TUS və YDS imtahanları ÖSYM tərəfindən keçirilir.

TÖMER – dil imtahanı olan TIP Dili keçirən qurumdur.

İstənilən imtahan qeydiyyatı üçün bizə müraciət edə bilərsiniz

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.