Rezidentura ixtisaslarının sayı artırılıb

rezidentura kursu Rezidenturaya aparılan qəbulda ödənişli yerlərin əlavə olunması 2013-cü ildə qanunda öz əksini tapmışdır. Əlbəttə ki, bu, birmənalı qəbul olunmamalıdır. Bu problemin səbəbi Rezidenturanın "Təhsil haqqında" qanuna əlavə edilməsidir. Ciddi problem buradan gəlir. Əgər təhsil haqqında qanun burada öz əksini tapmasa, "ödənişli", "dövlət sifarişli" sözləri öz əksini tapmaz. Ödənişli yerlərin 4.000 AZN təşkil etməsi təhsil tərəfidir. Əmək haqqı tərəfi nəzərə alındığı halda məntiqsiz səslənsə də əmək haqqı alınacaq və illik təhsil haqqı ödəniləcək. Onu da qeyd edək ki, ödənişli əsaslarla təhsilini başa vuranlar 3 illik Səhiyyə Nazirliyi müəsssisələrində işləmək məcburiyyətində qalmayacaqlar. Bundan əlavə ödənişli əsaslarla təhsil alanlar səhiyyə nazirliyi ilə qəbul olduğu xəstəxana ilə mülki-hüquqi müqavilə bağlamalı olacaqlar.

Rezidentura ixtisaslarının sayı artırılıb və bəzi ixtisasların adları dəyişdirilib.

 

“Terapiya” “Daxili xəstəliklər” sözləri ilə, “Allerqologiya” “Allerqologiya və immunologiya”, “Mikrobiologiya” “Tibbi mikrobiologiya” və “Genetika” sözü “Tibbi genetika” sözləri ilə əvəz edilib. Bundan başqa, ixtisasların sayı artırılıb, tədris müddəti müəyyən olunub. Belə ki, “Ailə təbabəti” ixtisası 2 il, “Endodontiya”, “Parodontologiya”, “Restorativ stomatologiya”, “Ortopedik stomatologiya”, “Uşaq stomatologiyası”, “Ortodontiya”, “Uşaq və yeniyetmə psixiatriyası” 3 il, “Nüvə təbabəti”, “Neonatologiya”, “Uşaq endokrinologiyası”, “Uşaq kardiologiyası”, “Uşaq nefrologiyası”, “Uşaq nevrologiyası”, “Uşaq qastroenterologiyası”, “Uşaq yoluxucu xəstəlikləri” 4 il, “Uşaq urologiyası”, “Uşaq ürək-damar cərrahiyyəsi” ixtisası isə 5 il müddətinə tədris olunacaq.
mənbə: Trend.az

 

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.