Rezidentura sınaq imtahanı nəticəsi barədə statistika 05.02.2017
İlk öncə bildirmək istəyirəm ki, Hippokratda keçirilən sınaq imtahanında yer alan test tapşırıqları heç bir kafedra test kitabçasından və bolonya imtahanında yer alan test tapşırıqlarından götürülmür. Sınaq imtahanlarımızda yer alan suallarımızın fərqi bu günkü tarixə qədər digər yerlərdə keçirilən (hazırda Hippokrat rezidentura istiqaməti üzrə ən çox tələbəsi olmaqla yanaşı demək olar ki, bu sahə üzrə ixtisaslaşan tək qurumdu) suallardan əsas fərqi budur. Bu baxımdan keyfiyyət məsələsini diqqətinizə çatdırmaq istəyirəm. İndi isə sınaq imtahanında formalaşan statistik nəticələri sizinlə bölüşmək istəyirəm. Artıq oxucularımızın adəti üzrə öyrəşdiyi ilk 5-liyin ballarını sizə təqdim edirəm 🙂 . 1-ci yer 90, 2-ci yer 76, 3-cü yer 73, 4-cü yer 66 və 5-ci yer 2 iştirakçı olmaqla 66 bal toplamışdır. İlk 4-lükdə yer alan iştirakçı kursumuzda təhsil alan tələbələrimizdi. Fakültələr üzrə ən yüksək nəticələrə gəldikdə isə ilk 5-likdə Müalicə işi və ya Pediatriya istiqaməti üzrə (I istiqamət) imtahan verəcək iştirakçılar qərarlaşır. Yəni, yuxarıda qeyd etdiyimiz ilk 5-lik adıçəkilən fakültədə təhsil alan iştirakçılardı. Stomatologiya ixtisası üzrə ən yüksək nəticə 55, Tibbi Profilaktika istiqaməti üzrə 54 olmuşdur. Hərbi Tibb fakültəsi üzrə isə ən yüksək nəticə 35 bal olmuşdur. Bölmələr üzrə sıralanmaya gəldik. İlk 5-lik Azərbaycan bölməsi üzrə təhsil alır. Rus bölməsi üzrə ən yüksək nəticə 55 bal formalaşmışdır.
Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .