Rezidentura imtahan tarixi 2023
- Kateqoriyalar Xəbərlər
- Date 08.03.2023
Rezidentura imtahanı tarixi 2023 Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanıb. Rezidentura imtahanının ilk mərhələsi olan Təməl fənlər üzrə I cəhd 14 may, II cəhd isə 16 iyul tarixində keçiriləcək. Təməl fənlər üzrə keçid balı 40, Klinik fənlər üzrə isə 50-baldır. Təməl fənlər üzrə imtahan məqbul xarakterlidir . Əvvəlki illərdə imtahanların balı nəzərə alınırdı, lakin bu mərhələdə 40 bal və ya daha çox bal toplamaq məqbuldan uğurlu keçməsinə əsas verir.
Rezidentura imtahanının 2-ci mərhələsi olan Klinik fənlər üzrə imtahan 13 avqust tarixində keçiriləcək. İxtisas seçimi bu mərhələdə toplanan ballara görə aparılır.
İmtahanlara qeydiyyat tarixləri isə bu tarixlər arasında aparılacaq.
Təməl I cəhd
17 aprel – 1 may
Təməl II cəhd
20 iyun – 4 iyul
Klinika
24 iyul – 2 avqust
Rezidentura imtahanı ilə əlaqədər bütün suallar və dəstək üçün bizə müraciət edə bilərsiniz.
Mobil, Whatsapp 050 404 09 37
Previous post