Rezidentura imtahanı – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi

rezidentura rezidentura imtahani hippokrat kursu rezidentura kursu rezidentura hazırlığı rezidentura hazirligi

Rezidentura imtahanı
II mərhələ

Rezidentura imtahanı ilə bağlı yeni məlumat .

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) rezidenturaya qəbul olmaq istəyən namizədlərin nəzərinə . İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün bu şərtləri yerinə yetirməlidirlər. 2020-ci il sentyabrın 1-dən 7-dək tələb olunan məbləği (100 AZN) Şəxsi kabinetlərinin hesabına əlavə edib rezidenturaya qəbul II mərhələ üçün  qeydiyyatdan keçməlidirlər.
http://eservices.dim.gov.az/erizerez/erize2/?frm=egov

Qeydiyyatdan keçməyən namizədlər rezidentura imtahanı ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsinə buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələrin nəzərinə . İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının sentyabrın 18-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd: Pandemiya şəraiti və ölkədə olan sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri əsasında imtahanın keçirilmə tarixində dəyişiklik edilə bilər.

 

Əgər siz də rezidentura imtahanında yüksək nəticə əldə etmək istəyirsinizsə Hippokrat rezidentura kursuna qeydiyyatdan keçə bilərsiniz . Hippokratla adınızı birincilər sırasına yazdırın.

Hippokrat Rezidentura kursu haqqında məlumat

Rezidentura hazırlığı dərslərimiz 4 dərs günü ərzində keçirilir. Məsələn, 1, 3, 5 və 6-cı günlər. Həftəiçi rezidentura hazırlığı dərsləri universitet tədrisinə uyğun (kafedra müəllimləri və tələbələrin dərs saatına uyğun) 4-5 arası, şənbə günləri isə rezidentura kursu səhər saatlarında başlanır. Bir rezidentura dərsi 2 saat davam edir. Həftəiçi rezidentura hazırlığı günə 1 , şənbə günü isə 2 rezidentura dərsi keçirilir.

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.