Rezidentura imtahanı – vaxtdan səmərəli istifadə

Qəbul imtahanı.... Təbii ki, imtahanda iştirakçılarda həyəcan hissi yüksək olur. Bu, anlaşılandır. Çünki uzun müddət oxuyub başa vurduğunuz təhsilin kuliminasiya nöqtəsini sonda qəbul imtahanı həll edir (istisnalar xaric :) ) . Hazırda danışmaq istədiyim mövzu imtahanda iştirakçıların bir qisminin vaxtdan səmərəli istifadə edə bilməməsi ilə bağlıdır. Bunun bir neçə səbəbləri var. Əsas səbəblər cavabı bilinməyən test tapşırığının üzərində dəqiqlərlə düşünmək, açıq tipli test tapşırıqlarını cavablandırmaqda çətinlik və cavab kartını dairələməkdə bir az ləng çalışmaqdır. Bilirik ki, imtahan müddəti 2 saat 30 dəqiqə davam edir. İmtahan vaxtı bitən zaman nəzarətçilər qaydaya uyğun olaraq cavab kartlarını sizin nə etməyinizdən asılı olmayaraq sizdən məcburi şəkildə təhvil alırlar. Ona görə deyəcəyim məlumatları vaxt məsələsində çətinlik çəkənlər oxusalar, düşünürəm az da olsa faydası dəyəcək. Cavabını dəqiq bilmədiyiniz test tapşırığının üzərində dəqiqələrlə vaxt itirmək Test tapşırığını həll edən zaman mütləq yadda saxlayın ki, test tapşırığının cavabını bilməyib dəqiqələrlə baxaraq stress keçirməkdənsə, digər test tapşırıqlarına diqqət etmək sizə həm vaxtda, həm də yenidən vaxt olduqda bu test tapşırığına diqqət edib yenidən həll edilməsində köməklik edəcək. Təcrübə də bəzən bunu əyani şəkildə göstərir. Hətta bəzən olur ki, növbəti test tapşırıqları öncəki test tapşırıqlarının həllində qismən informativ olur. Açıq tipli test tapşırıqlarının həllində və cavablandırılmasında vaxt itirmək Açıq tipli test tapşırıqları çoxseçimli test tapşırıqları ilə müqayisədə çətin test tapşırıqlarıdır. Cavabları iştirakçı özü qeyd etməlidir. Bu tipli test tapşırıqlarında iştirakçıların çətinlik çəkdiyi məsələ testin çətinliyindən əlavə düzgün cavablandırmağı bilməmələridi. Bu barədə bloqlar bölməsində olan yazıya diqqət edə bilərsiniz. Bu çətinlik sizdə varsa imtahandan öncə açıq tipli test tapşırıqlarından istifadə edib bunu vərdiş halına sala bilərsiniz. Cavab kartında sual kitabçasında təqdim olunan test tapşırıqlarının cavabını dairələməkdə vaxt itkisi İştirakçılara öncədən bildirmək istəyirəm ki, cavab kartını optik oxuyucu oxuduğu üçün doğru hesab olunan xanaları normal şəkildə dairələmək kifayət edir. Cavab kartındakı xananı dairələmək üçün 2-3 saniyə kifayət edir. Qələmlə xananın üzərində dairələmə prosesini 10-15 saniyə etməyə ehtiyac yoxdur. Bu arada onu da qeyd edim ki, bəzən mexaniki səhvlik nəticəsində dairələmədə yanlış hesab olunan xana dairələnir. Bunun əsas səbəbi xanalar dairələnən zaman iştirakçının yenidən suala, yaxud digər cavablara baxmasıdır. Əgər siz cavab kartındakı doğru cavab hesab etdiyiniz xanaları dairələmək mərhələsindəsinizsə bütün diqqətinizi bu məsələyə yönəldəcəksiniz. Doğru cavab və dairələmə, doğru cavab və dairələmə. Qəbul imtahanında iştirak edəcək hər kəsə uğurlar arzulayırıq. Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Rezidentura qəbul imtahanı….
Təbii ki, imtahanda iştirakçılarda həyəcan hissi yüksək olur. Bu, anlaşılandır. Çünki uzun müddət oxuyub başa vurduğunuz təhsilin kuliminasiya nöqtəsini sonda qəbul imtahanı həll edir (istisnalar xaric 🙂 ) .Hazırda danışmaq istədiyim mövzu imtahanda iştirakçıların bir qisminin vaxtdan səmərəli istifadə edə bilməməsi ilə bağlıdır. Bunun bir neçə səbəbləri var. Əsas səbəblər cavabı bilinməyən test tapşırığının üzərində dəqiqlərlə düşünmək, açıq tipli test tapşırıqlarını cavablandırmaqda çətinlik və cavab kartını dairələməkdə bir az ləng çalışmaqdır. Bilirik ki, imtahan müddəti 2 saat 30 dəqiqə davam edir. İmtahan vaxtı bitən zaman nəzarətçilər qaydaya uyğun olaraq cavab kartlarını sizin nə etməyinizdən asılı olmayaraq sizdən məcburi şəkildə təhvil alırlar. Ona görə deyəcəyim məlumatları vaxt məsələsində çətinlik çəkənlər oxusalar, düşünürəm az da olsa faydası dəyəcək.

Cavabını dəqiq bilmədiyiniz test tapşırığının üzərində dəqiqələrlə vaxt itirmək

Test tapşırığını həll edən zaman mütləq yadda saxlayın ki, test tapşırığının cavabını bilməyib dəqiqələrlə baxaraq stress keçirməkdənsə, digər test tapşırıqlarına diqqət etmək sizə həm vaxtda, həm də yenidən vaxt olduqda bu test tapşırığına diqqət edib yenidən həll edilməsində köməklik edəcək. Təcrübə də bəzən bunu əyani şəkildə göstərir. Hətta bəzən olur ki, növbəti test tapşırıqları öncəki test tapşırıqlarının həllində qismən informativ olur.

Açıq tipli test tapşırıqlarının həllində və cavablandırılmasında vaxt itirmək

Açıq tipli test tapşırıqları çoxseçimli test tapşırıqları ilə müqayisədə çətin test tapşırıqlarıdır. Cavabları iştirakçı özü qeyd etməlidir. Bu tipli test tapşırıqlarında iştirakçıların çətinlik çəkdiyi məsələ testin çətinliyindən əlavə düzgün cavablandırmağı bilməmələridi. Bu barədə bloqlar bölməsində olan yazıya diqqət edə bilərsiniz. Bu çətinlik sizdə varsa imtahandan öncə açıq tipli test tapşırıqlarından istifadə edib bunu vərdiş halına sala bilərsiniz.

Cavab kartında sual kitabçasında təqdim olunan test tapşırıqlarının cavabını dairələməkdə vaxt itkisi

İştirakçılara öncədən bildirmək istəyirəm ki, cavab kartını optik oxuyucu oxuduğu üçün doğru hesab olunan xanaları normal şəkildə dairələmək kifayət edir. Cavab kartındakı xananı dairələmək üçün 2-3 saniyə kifayət edir. Qələmlə xananın üzərində dairələmə prosesini 10-15 saniyə etməyə ehtiyac yoxdur. Bu arada onu da qeyd edim ki, bəzən mexaniki səhvlik nəticəsində dairələmədə yanlış hesab olunan xana dairələnir. Bunun əsas səbəbi xanalar dairələnən zaman iştirakçının yenidən suala, yaxud digər cavablara baxmasıdır. Əgər siz cavab kartındakı doğru cavab hesab etdiyiniz xanaları dairələmək mərhələsindəsinizsə bütün diqqətinizi bu məsələyə yönəldəcəksiniz. Doğru cavab və dairələmə, doğru cavab və dairələmə.

Qəbul imtahanında iştirak edəcək hər kəsə uğurlar arzulayırıq.

 

Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.