Rezidenturaya qəbul – I mərhələ nəticələr
Hippokrat rezidentura hazırlığı kursu olaraq bu xəbərimizdə Dövlət İmtahan Mərkəzinin (DİM) rezidenturaya qəbul olmaq üçün keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edirik.
DİM-dən APA-ya verilən məlumata görə, hər bir namizəd mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Nəticələrə əsasən, rezidenturaya qəbul imtahanında iştirakı nəzərdə tutulan 1092 namizəddən 17 nəfəri imtahana gəlməyib. Bir namizəd rezidentura imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. 631 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.
Ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 84 bal olub.
Rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.
Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .