Rezidenturaya qəbul imtahanlarının tarixləri açıqlanıb

2016-cı ildə rezidentura qəbul imtahanı 3 aprel, 2015-ci ildə avropa oyunları ilə əlaqədar 15 mart baş tutmuşdur. Keçən il yazdığımız yazıda oxucularımız bilir ki, rezidentura qəbul imtahanının tarixi barədə doğru proqnoz vermişdik. Bu il üçün rezidentura qəbul imtahanı tarixini təxmini müəyyən etmək üçün nəzərə alacağımız məqamlar Magistraturaya ərizə qəbulu Magistratura imtahan vaxtı Rezidenturaya ərizə qəbulu Novruz Bayramı ilə əlaqədar qeyri-iş günləri Magistraturaya ərizə qəbulu adətən 10 gün davam edir. Erkən olaraq 6 fevralda ərizə qəbulunun başlanmasını nəzərə alsaq, ərizə qəbul ən tez halda 16 fevrala kimi davam edəcək. Ərizə qəbulundan sonra magistratura imtahanı baş tutur. Belə olan halda magistratura imtahanı 26 fevraldan erkən baş tutmayacaq. Rezidenturaya da ərizə qəbulu adətən 10 gün davam edir. Ərizə qəbulunun yekunlaşdığı tarixin cari həftəsində imtahan baş tutmur. Adətən rezidenturaya ərizə qəbulu magistratura imtahanından öncə başlanır. Lakin bu tarixlərin üzərində deyil, magistratura imtahanın tarixi üzərində fikir bildirəcəm. Magistratura imtahanı ilə rezidentura imtahanı arasında intervalı adətən 3 həftə olur. Magistratura imtahanı 26 fevral baş tutacağı halda 12 mart tarixində imtahanın keçirilmə ehtimalı aşağıdır. 19 mart tarixində də imtahanın keçirilmə ehtimalı azdır. Çünki Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixləri qeyri-iş günləri hesab olunur. Belə olan halda imtahandan sonra apellyasiya günləri və bu kimi məsələlər qeyri-iş günləri ilə əlaqədar bir neçə gün yubanmış olacaq. Bu baxımdan da imtahanın 19 mart keçirilmə ehtimalı az olur. Yuxarıda qeyd edildiyi kimi Novruz Bayramı ilə əlaqədar ki, 20-24 mart qeyri-iş günləridi. İmtahan prosesinə hazırlıq işlərinin bir neçə gün əvvəl başlanmasını və qeyri-iş günləri ilə əlaqədar olaraq əmək məcəlləsində müvafiq maddələri nəzərə aldıqda (20-24 mart qeyri-iş günü hesab olunur) 26 mart tarixində imtahanın keçirilmə ehtimalı aşağıdır. Yazdıqlarımızı əsas tutaraq bildirmək istəyirəm ki, imtahanının 2 və ya 9 aprel tarixlərində keçirilmə ehtimalı yüksəksdir. Onu da nəzərə alaq ki, indiki tarixə qədər imtahanların 1-ci mərhələsi hər zaman Bazar günündə keçirilib. Sonda mütləq qeyd edim ki, bu yazıda olan məlumatlar proqnoz olaraq bildirilib. İmtahan tarixləri rəsmi olaraq yaxın günlərdə açıqlanacaq. Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Dövlət İmtahan Mərkəzi Rezidenturaya qəbul imtahanının tarixlərini açıqlayıb. Baza fənləri üzrə qəbul imtahanı aprelin 9-u, ixtisas fənləri üzrə qəbul imtahanı isə iyulun 5-də keçiriləcəkdir. Qeyd edək ki, rezidentura səviyyəsinə ərizə qəbulu qəbulu martın 10-dan 17-dək davam edəcək.

 

 

Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .

Leave A Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Söhbətə Başlayın
1
Sualınız var ?
Salam, indi rezidentura kursuna online olaraq qoşula bilərsiniz.