Sabah Azərbaycanda rezidenturaya sənəd qəbulu başa çatacaq
Sabah Azərbaycanda rezidenturaya sənəd qəbulu başa çatır. APA-nın xəbərinə görə, əvvəldən müəyyən edilən vaxta əsasən sənəd qəbulu martın 17-də başa çatmalı olsa da, bəzi səbəblərə görə bu prosesin vaxtı martın 28-i saat 23:59-dək uzadılıb.
Bu gün saat 10:00-dək rezidenturaya 1 028 nəfər ərizəsini təsdiq edib. Onlardan da 893-ü Azərbaycan, 135-i Rus bölməsinin məzunlarıdır:
Adları və ya soyadları ilə bağlı müəyyən problemləri olan vətəndaşlar Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etməlidirlər. Bayram və istirahət günlərindən sonra SQK-ı 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Martın 29-dan artıq rezidenturaya sənəd vermək mümkün olmayacaq.
Əgər siz də adınızı ilbəil artan uğur siyahımızda görmək istəyirsinizsə Hippokrat rezidentura kursu proqramına müraciət edə bilərsiniz . Hippokrat rezidentura hazırlığı kursu haqqında məlumat üçün buradan keçid edə bilərsiniz .